Həll
proses + nəzarətCRM və ERP sistemlərinin hazırlanması
Müraciət, satış, müştəri, anbar, maliyyə və komanda məlumatlarını ayrı cədvəllərdən çıxarıb vahid idarəetmə sistemində birləşdiririk.
Kimlər üçün uyğundur: satış şöbələri, distributorlar, logistika şirkətləri, xidmət biznesləri və bir neçə şöbəni eyni məlumatla idarə etmək istəyən rəhbərlər
Hansı problemləri həll edir?
- Lead və müştəri tarixçəsi WhatsApp və Excel-də parçalanır.
- Məsul şəxs və növbəti addım görünmür.
- Anbar, maliyyə və satış rəqəmləri üst-üstə düşmür.
- Rəhbər hesabatı əl ilə və gec hazırlanır.
Həllə nələr daxildir?
- Lead və müştəri kartları
- Satış funnel-i və follow-up
- Rollar, icazələr və tapşırıqlar
- Anbar, maliyyə və sənədlər
- Dashboard və rəhbər hesabatları
- Sayt, email, WhatsApp və API inteqrasiyaları
Tətbiq necə aparılır?
- Proses xəritəsi. mövcud addımlar, məsullar və məlumat mənbələri yazılır
- Prioritet. ilk versiyaya daxil olacaq modullar və hesabatlar seçilir
- Tətbiq. rollar, statuslar, avtomatik bildirişlər və inteqrasiyalar qurulur
- Keçid. məlumatlar köçürülür, komanda təlim alır və nəticə ölçülür
Biznes nə əldə edir?
- Heç bir müraciət məsulsuz qalmır.
- Müştərinin tam tarixçəsi görünür.
- Şöbələr eyni məlumatla işləyir.
- Rəhbər real vaxt hesabatı alır.
CRM müştəri və satış prosesini, ERP isə maliyyə, anbar, sənəd və digər əməliyyatları birləşdirir. Lazım olduqda hər iki məntiq eyni platformada qurulur.
Qiymət və müddət nədən asılıdır?
- İstifadəçi və rol sayı
- CRM, anbar, maliyyə və digər modullar
- Köhnə məlumatların importu
- Xarici servis və API inteqrasiyaları
Dəqiq qiymət qısa proses analizindən sonra hesablanır. Əvvəl məcburi ilk mərhələ müəyyən edilir ki, işlək versiya daha tez yayımlansın və komandanın istifadə etməyəcəyi funksiyalara büdcə ayrılmasın.
Yayımdan sonrakı dəstək
Yayımdan sonra giriş icazələri, məlumatlar, bildirişlər, hesabatlar və gündəlik ssenarilər yoxlanılır. Həll komandanın real rəyi və ölçülə bilən biznes ehtiyacları əsasında inkişaf etdirilir.